Biletlərə səhər yeməyi, bütün qatılma, musiqi, yoqa sessiyaları və nəqliyyat daxildir. Festival ərazisindəki İnfopoint-dən lazım olacaq ləvazimatları kirayə götürə və ala bilərsiniz. Daha ətraflı:

Qida və içkilər: Yalnız səhər yeməyi biletə daxildir Qida gün ərzində yerli əhali tərəfindən münasib qiymətlərə təqdim olunacaq İçkiləri ərazidə yerləşən bardan əldə edə bilərsiniz

 

Gecələmə

Festival ərzində bütün çadırlar ərazidə yerləşən İNFO POİNT nöqtəsindən kirayə oluna bilər. Çadırlar üçün 10 azn depozit ödənilməli və çadırları geri təhvil verərkən ödədiyiniz məbləği geri ala biləcəksiniz.

Çadır

Bir gecəlik bir nəfərlik:

Çadır = 10 azn (Hər əlavə şəxs +5 azn olacaq)

Yataq kisəsi = 3 azn

Karimat = 2 azn

Kottec

İki nəfərlik kottec – 45 azn (bir gecəsi)

Bir gecəlik bir nəfərlik 25 azn (Qeyd edək ki, tək qalanların yanına əlavə bir nəfər yerləşdirilə bilər. Kottecdə tək qalmaq üçün yataq sayına görə bütün otaq rezervasiya olunmalıdır).

Digər ləvazimatlar: telefon və power bank doldurma imkanını Info Point-dən əldə edə bilərsiniz

Nəqliyyat : Avtobuslar 13 iyul səhər 8-də Bakıdan çıxacaq

Təhlükəsizlik: Sizin tam və təhlükəsiz təcrübə yaşamağınızı təmin etmək üçün festivalda mühafizə xidməti olacaq Siz istəmədiyiniz halda fotolarınız çəkilməyəcək və sosial mediada paylaşılmayacaq